Argentinalı futbolçu ayrılmaq istəyir
"Vest Hem"in forvardı Tati Kastelyanos yayda klubdan ayrılmaq istəyir.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Marko Manpreso məlumat yayıb.
27 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 33 matçda 8 qol, 3 asistlə yadda qalıb.
Qeyd edək ki, T.Kastelyanos "Vest Hem"ə bu ilin yanvar ayında "Latsio"dan 29 milyon avro qarşılığında transfer olunmuşdu.