"Arsenal" 18 yaşlı futbolçuya yeni müqavilə təklif edib

"Arsenal" ingiltərəli futbolçusu Ethan Vaneriyə yeni müqavilə təklif edib.

Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, London klubu Vanerini satmaq niyyətində deyil.

Klub oyunçu ilə yola davam etmək istəyir. Lakin son qərarı futbolçunun özü verəcək.

Qeyd edək ki, Vanerinin "Arsenal"la hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.