"Arsenal" brazilyalı futbolçuya görə 60 milyon avro ödəməyə hazırdır

"Real Madrid"in brazilyalı futbolçusu Endrik "Arsenal"ın transfer hədəfinə çevrilib.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" Endrik üçün "Real"a 60 milyon avro ödəməyə hazırdır.

18 yaşlı futbolçunun Madrid klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir.

Qeyd edək ki, Endrik bu mövsüm çıxış etdiyi 23 matçda 5 qol və 1 asistlə yadda qalıb.