“Arsenal” De Yonq üçün hərəkətə keçib

“Barselona”nın niderlandlı futbolçusu Frenki De Yonq karyerasını İngiltərədə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az “Daily Mirror”a istinadən xəbər verir ki, “Arsenal” De Yonqun xidmətində maraqlıdır.

London klubu 27 yaşlı futbolçu üçün “Barselona”ya 45 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, De Yonq cari mövsüm çıxış etdiyi 25 oyunda 2 qol və 1 asistlə yadda qalıb.

Onun “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.