"Arsenal" "Fənərbağça"dan 15 milyon avro istəyir

"Fənərbağça" ukraynalı futbolçu Oleksander Zinçenkonu transfer etməkdə israrlıdır.

Sportline.az xəbər verir ki, "Arsenal" futbolçusu üçün 15 milyon avro tələb edir.

Bu haqda jurnalist Sercan Hamzaoğlu məlumat yayıb.

Qeyd edək ki, 28 yaşlı sol cinah müdafiəçisinin London klubu ilə 2026-cı ilin yayına qədər sözləşməsi var.