"Arsenal" gənc futbolçusu ilə yola davam edəcək
"Arsenal" 18 yaşlı futbolçusu Etan Vaneri ilə yola davam edəcək.
Sportline.az "Guardian" nəşrinə istinadən xəbər verir ki, London klubu Vaneri ilə müqavilənin müddətini uzadacaq.
Klub rəhbərliyi oyunçunu "Arsenal"ın gələcəyi olaraq görür. Bu səbəbdən ingiltərəli futbolçu satılmayacaq.
Qeyd edək ki, Vaneri ilə "Çelsi" klubu yaxından maraqlanır.