"Arsenal" Salibanı satmaq niyyətində deyil
"Arsenal" fransalı futbolçusu Vilyam Salibanı satmaq niyyətində deyil.
Sportline.az xəbər verir ki, "Real Madrid" və "Paris Sen-Jermen" 24 yaşlı stopperlə yaxından maraqlanır.
Bu haqda "Just Arsenal" nəşri məlumat yayıb.
Futbolçunun klubla sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.