"Arsenal" "Tottenhem"i qabaqladı

"Arsenal" "Kristal Pelas"ın ingiltərəli futbolçusu Ebereçi Eze ilə ilkin razılıq əldə edib.

Sportline.az "Sun Sport"a istinadən xəbər verir ki, "Tottenhem" klubuda Ezeni transfer etmək istəyir. Lakin futbolçu "Arsenal"a transfer olmaq niyyətindədir.

27 yaşlı hücumameyilli yarımmüdafiəçinin dəyəri 55 milyon avrodur.

Qeyd edək ki, "Arsenal"ın baş məşqçisi Mikel Arteta bu transferin bu həftə reallaşmasını istəyir.