"Arsenal" və "Barselona" transfer yarışına girib

"Nottingem Forest"in brazilyalı stopperi Murilyo Avropa nəhənglərinin maraq dairəsinə düşüb.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" və "Barselona" 23 yaşlı futbolçu üçün transfer yarışına girib.

Murilyonun transfer qiyməti 55 milyon avrodur.

Qeyd edək ki, oyunçu gələn yay komandasını dəyişmək niyyətindədir.