"Arsenal" və "Mançester Siti" transfer yarışına girib

"Real Madrid"in brazilyalı ulduz futbolçusu Rodriqo bu yay klubdan ayrıla bilər.

Sportline.az xəbər verir ki, "Arsenal" və "Mançester Siti" 24 yaşlı futbolçunu transfer etmək üçün yarışa giribə.

Bu haqda "TBR Football" nəşri məlumat yayıb.

Rodriqonun transfer qiyməti 100 milyon avrodur.

Qeyd edək ki, sözü gedən futbolçu ötən mövsüm meydana çıxdığı 54 matçda 14 qol 10 məhsuldar ötürmə müəllifi olub.