"Arsenal" yeni transferini açıqlayıb
"Arsenal" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Brentford"un danimarkalı futbolçusu Kristian Norqard yeni mövsümdən etibarən "Arsenal"ın formasını geyinəcək.
London klubu 31 yaşlı futbolçu üçün 10 milyon avro ödəyəcək.
Qeyd edək ki, Norqaard "Arsenal"la 2+1 illik müqaviləyə qol çəkib.