“Arsenal” Zubimendi üçün hərəkətə keçib

“Real Sosyedad”ın ispaniyalı futbolçusu Martin Zubimendi karyerasını İngiltərə Premyer Liq    asında davam etdirə bilər.

Sportline.az “Transferdot.com” saytına istinadən xəbər verir ki, “Arsenal” Zubimendi heyətinə qatmağı planlaşdırır.

Mikel Arteta həmyerlisini komandasında görmək istəyir.

Zubimendinin “Sosyedad”la müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Qeyd edək ki, İspaniya klubu 26 yaşlı futbolçu üçün 60 milyon avro tələb edir.