"Arsenal"da ayrılıq gözlənilir
"Arsenal" belçikalı futbolçusu Leandro Trossardla bağlı qərar verib.
Sportline.az xəbər verir ki, London klubu sözü gedən futbolçunu satmaq istəyir.
Bu haqda "Mirror Football" nəşri məlumat yayıb.
Trossardın dəyəri "Transfermarkt" portalına görə, 22 milyon avrodur.
Qeyd edək ki, Trossardla "Fənərbağça" yaxından maraqlanır.
O, ötən mövsüm meydana çıxdığı 56 matçda 10 qol 9 asistlə yadda qalıb.
Xatırladaq ki, 30 yaşlı sol cinah vingeri "Arsenal"a 2023-cü ilin yanvar ayında "Brayton"dan 24 milyon avro qarşılığında transfer olunmuşdu.