"Arsenal"dan Kenan Yıldız həmləsi

"Yuventus"un ulduzu Kenan Yıldız İngiltərənin "Arsenal" klubunun maraq dairəsindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Corriere dello Sport" nəşri məlumat yayıb.

21 yaşlı sol cinah vingerinin Turin klubu ilə sözləşməsi 2030-cu ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Kenan Yıldızın dəyəri "Transfermarkt" portalına görə, 75 milyon avrodur.