"Arsenal"dan Sançezə fantastik təklif

"Arsenal" klubu yayda müqavilə müddəti bitəcək Aleksis Sançezlə münasibətləri təzələmək niyyətindədir. SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, bunun üçün rəhbərlik futbolçunun maaşını artırmağa razı olub. 

Yeni təklifə əsasən, A.Sançez həftəlik 300 min avro maaş alacaq. Bonuslarla birlikdə bu məbləğ 350 min avroya çatacaq. 

Xatırladaq ki, bir neçə gün öncə "Bavariya" çilili hücumçuya həftəlik 350 min avro maaş təklif etmişdi.