"Arsenal"ın Eze israrı davam edir
"Arsenal" "Kristal Pelas"ın ingiltərəli futbolçusu Ebereçi Ezeni heyətinə qatmaqda israrlıdır.
Sportline.az "Guardian" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun sərbəst qalma məbləği 67.5 milyon avrodur.
Ebereçi Eze "Arsenal"a transfer olmaq üçün can atır.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 43 matçda 14 qol 12 məhsuldar ötürmə müəllifi olub.