"Arsenal"ın gözü "Atletik" futbolçusuna düşüb

"Arsenal" "Atletik"in ispaniyalı futbolçusu Niko Uilyamsı transfer etmək istəyir.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, London klubu yay transfer pəncərəsi dövründə Uilyams üçün "Atletik Bilbao"ya rəsmi təklif göndərəcək.

22 yaşlı futbolçunun transfer qiyməti 70 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Uilyams bu mövsüm çıxış etdiyi 30 matçda 4 qol və 5 asistlə yadda qalıb.