"Arsenal"ın gözü o futbolçunun üzərindədir
"Barselona"nın niderlandlı futbolçusu Frenki De Yonq "Arsenal" transfer hədəfinə çevrilib.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, London klubu mövsümün sonunda "Barselona"ya rəsmi təklif göndərəcək.
De Yonqu transfer qiyməti 50 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi bu mövsüm çıxış etdiyi 26 matçda 2 qol və 1 asist müəllifi olub.