Asensiyo İstanbula gəlir

"Fənərbağça" "Paris Sen-Jermen"in ispaniyalı futbolçusu Marko Asensio ilə razılıq əldə edib.

Sportline.az xəbər verir ki, bu haqda insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Asensio müqavilə imzalamaq üçün İstanbula gələcək.

Qeyd edək ki, 29 yaşlı futbolçu ötən mövsümün ikinci yarısını "Aston Villa"da icarə əsasında keçirib.