"Aston Villa" - "Bavariya": Heyətlərdəki son durum
Bu gün Çempionlar Liqasının liqa mərhələsinin 2-ci turuna yekun vurulur. Son oyun günündə daha 9 qarşılaşma keçiriləcək.
Sportline.az xəbər verir ki, gecənin ən maraqlı görüşlərindən birində “Aston Villa" -“Bavariya”nı qəbul edəcək. Heyətlərə nəzər saldıqda hər iki tərəfində ciddi itkilərinin olduğunu deyə bilərik. Meydan sahiblərində əsas itki Metyu Keş, Robin Olsen, Tyron Minqs, Kamara və Con Makginin adı ilə bağlıdı. “Bavariya”da isə Saşa Boey və Yosip Stanişiç zədə səbəbindən kamandasına kömək edə bilməyəcək.
Matçı Romaniyalı hakim Radu Petresko idarə edəcək. Matç Bakı vaxtilə saat 23-də start götürəcək.