"Aston Villa" "Çelsi"yə elçi düşüb

"Aston Villa" "Çelsi"nin senaqallı futbolçusu Nikolas Ceksonu transfer etməyə çalışır.

Sportline.az "Telegraph" nəşrinə istinadən xəbər verir ki, Birmingem klubu futbolçu üçün qarşı tərəfə 40 milyon avro təklif edib.

Lakin "Çelsi"nin rəhbərliyi Cekson üçün 60 milyon avro tələb edir.

Qeyd edək ki, 24 yaşlı forvardın klubla sözləşməsi 2033-cü ilin iyun ayına qədərdir.