Atan getdi
Türkiyə Superliqa təmsilçisi "Alanyaspor" baş məşqçisi Çağdaş Atanla yolları ayırıb.
Sportline.az "NTV Spor"a istinadən xəbər verir ki, onunla müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub.
Qeyd edək ki, "Alanyaspor" bu mövsüm ölkə çempionatında çıxdığı 3 matçın 1-də qələbə qazanıb, 2-də uduzub.
Xatırladaq ki, Ç.Atan ötən mövsümün əvvəlindən "Alanyaspor"u çalışdırırdı.