Atasından Mbappeyə məsləhət
Fransız futbolçu Kilian Mbappenin atası ona klubu PSJ-nin yeni müqavilə təklifinə münasibət göstərib.
Sportline.az xəbər verir ki, bu barədə "El Confidential" nəşri məlumat yayıb.
Xəbərə görə, Uilfrid Mbappe oğluna Paris klubunun təklifini qəbul etməyi və illik 36 milyon avro müqabilində üç mövsümlük müqavilə imzalamağı məsləhət görüb.
Futbolçunun hüquqşünası Delfina Verheyden isə futbolçuya "Real Madrid"ə keçərsə, tarix yazacağını deyib.
Xatırladaq ki, futbolçunun PSJ ilə hazırki müqaviləsi 2022-ci ilin yayında başa çatır.