"Atletiko" argentinalı ulduzu transfer etmək istəyir

"Atletiko Madrid"in yeni transfer hədəfi bəlli olub.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "İnter"in argentinalı futbolçusu Lautaro Martinez "Atletiko"nun transfer hədəfinə çevrilib.

27 yaşlı futbolçunun "İnter"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Lautaro bu mövsüm çıxış etdiyi 33 oyunda rəqib qapılarından 15 top keçirib.