"Atletiko" Bakıya bu heyətlə gəlir

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki növbəti rəqibi  “Atletiko" bu gecə Bakıya gələcək.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubu yerli vaxtla 14:00-da yola düşəcək. 

Komandanın Bakı vaxtı ilə 22:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enəcəyi gözlənilir. Madridlilər qarşılaşmanın keçiriləcəyi Bakı Olimpiya Stadionunda sabah son məşqinə çıxacaq.

Okrtyabrın 18-də keçiriləcək "Qarabağ" - "Atletiko" matçı saat 20:00-da başlayacaq.

"Atletiko" Bakıya 20 futbolçu ilə gəlir:

Qapıçılar: Yan Oblak, Migel Anhel Moyya, Aksel Verner

Müdafiəçilər: Dieqo Qodin, Filipe Luis, Lukas Ernandes, Şime Vrsalko, Stefan Saviç, Xose Mariya Ximenes

Yarımmüdafiəçilər: Koke, Saul Nyiqes, Tomas Partey, Qabi Fernandes, Yannik Karrasko, Auqusto Fernandes, Nikolas Qaytan

Hücumçular: Fernando Torres, Antuan Qrizmann, Kevin Qameyro, Anhel Korrea