"Atletiko" "Barselona"ya elçi düşüb
"Barselona"nın 21 yaşlı futbolçusu Fermin Lopez "Atletiko"nun maraq dairəsindədir.
Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "Atletiko Madrid"in baş məşqçisi Dieoqo Simione ispaniyalı futbolçunu komandasında görmək istəyir.
Qeyd edək ki, Fermin Lopezin transfer qiyməti 50 milyon avro olaraq qiymətləndirilir.
O cari mövsüm çıxış etdiyi 28 matçda 5 qol və 5 asistlə yadda qalıb.