"Atletiko" heyətini amerikalı futbolçu ilə gücləndirib
"Atletiko Madrid" yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirib.
Sportline.az xəbər verir ki, Madrid klubu "Betis"in üzvü Conni Kardosonu heyətinə cəlb edib.
Bu barədə "Atletiko"nun mətbuat xidməti rəsmi açıqlama yayıb.
Amerikalı futbolçunun keçidi üçün "Betis"ə 24 milyon avro məbləğində təzminat ödənilib.
23 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb.