“Atletiko Madrid” Qarnaço üçün rəsmi təklif göndərib
“Mançester Yunayted”in argentinalı futbolçusu Alexandro Qarnaço karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “Atletiko Madrid” “Mançester Yunayted”ə Qarnaço üçün 50 milyon avro təklif edib.
İngiltərə klubunun rəhbərliyi bu təklifə müsbət cavab verib. Transferin mövsümün sonunda reallaşacağı gözlənilir.
Qeyd edək ki, Qarnaço “Atletiko Madrid”in yetirməsi sayılır.
20 yaşlı futbolçu bu mövsüm “Mançester Yunayted”in heyətində 43 rəsmi matçda iştirak edib. Aktivində 8 qol və 7 məhsuldar ötürmə var.