"Atletiko Madrid"in yeni hədəfi
"Atletiko Madrid"in yeni transfer hədəfi bəlli olub.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Lester Siti"nin nigeryalı futbolçusu Vilfred Ndidi "Atletiko"nun maraq dairəsinə düşüb.
"Atletiko"nun baş məşqçisi Dieqo Simione 28 yaşlı futbolçunu komandasında görmək istəyir.
Qeyd edək ki, Ndidinin "Lester"lə müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
O bu mövsüm çıxış etdiyi 18 matçda 1 qol və 4 asistlə yadda qalıb.
Ndidinin hazır ki dəyəri "Transfermarkt" portalına görə 18 milyon avrodur.