"Atletiko" - "Qarabağ" matçının biletləri Bakıda satışa çıxarılıb

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” ilə keçirəcəyi səfər oyunununun biletləri satışa çıxarılıb. Sportline.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, matçı stadiondan izləmək istəyən azarkeşlər oyunun biletlərini “Qarabağ”ın bazasından ala bilərlər.

Biletləri saat 10:00-dan 18:00-a qədər əldə etmək mümkündür.  

Ödənişlər yalnız avro ilə həyata keçirilir. Bir biletin qiyməti isə 30 avrodur.
 
Qeyd edək ki, “Atletiko” – “Qarabağ” matçı oktyabrın 31-də keçiriləcək.