"Atletiko" "Qarabağ"la oyuna bu futbolçularla çıxacaq

UEFA Çempionlar Liqasının 4-cü turu çərçivəsində "Qarabağ"ı qəbul edəcək "Atletiko"nun iştirak ərizəsi məlum olub. SportLine.az xəbər verir ki, baş məşqçi Dieqo Simeone heyətə 19 futbolçunu daxil edib.

Qeyd edək ki, Karrasko, Koke və Verner zədə səbəbindən bu qarşılaşmada iştirak etməyəcək.
 
Qapıçılar: 1. Migel Anxel Moya, 13. Yan Oblak
 
Müdafiəçilər: 2. Dieqo Qodin, 3. Filipe Luis, 15. Stefan Saviç, 16. Şimo Vrsaliko, 19. Lukas Hernandez, 20. Xuanfran, 24. Xose Mariya Ximenes
 
Yarımmüdafiəçilər: 5. Tomas Parte, 8. Saul Niges, 12. Avqusto Fernandez, 22. Nikolas Qaytan, 14. Qabi
 
Hücumçular: 7. Antuan Qrizman, 9. Fernando Torres, 11. Anxel Korrea, 17. Lusiano Vietto