"Atletiko" yeni hücumçu axtarışına çıxıb

"Atletiko Madrid" yayda yeni hücumçu transfer etməyi düşünür.

Sportline.az insayder Fabrizio Romanonun möəlumatına istinadən xəbər verir ki, əsas hədəflərdən biri "Porto"nun sağ cinah vingeri Villiam Qomeşdir.

O, cari mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 46 matçda 13 qol, 2 asistlə yadda qalıb.

Qeyd edək ki, V.Qomeş dəyəri "Transfermarkt" portalına görə, 20 milyon avrodur.