"Atletiko"da ciddi itki

"Atletiko Madrid"in kapitanı Koke Resurrekyon zədə alıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçinin sağ ayağının əzələsi zədələnib. Onun heyətə nə vaxt qayıdacağı barədə məlumat verilməyib, lakin yerli mətbuat kapitanın martın sonuna qədər komandasına yardım edə bilməyəcəyini qeyd edib.