"Atletiko"nun futbolçusu "Arsenal"ın radarındadır
"Arsenal" "Atletiko Madrid"in ispaniyalı futbolçusu Pablo Barriosla yaxından maraqlanır.
Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, London klubu Barrios üçün qarşı tərəfə 40 milyon avro ödəməyə hazırdır.
"Atletiko"nun rəhbərliyi isə 21 yaşlı futbolçu üçün ən azı 50 milyon avro tələb edir.
Qeyd edək ki, Barrios bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 27 oyunda 2 asistlə yadda qalıb.
Onun "Atletiko" ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.