Avorliqada da turun ən yaxşısı açıqlandı

Avropa Liqasında 3-cü turun ən yaxşı futbolçusu müəyyənləşib. SportLine.az xəbər verir ki, UEFA-nın saytına keçirilən onlayn səsvermədə "Styaua"nın üzvü Harlem Nyoer hər kəsi qabaqlayıb. O, səslərin 64%-nə sahib çıxıb.

“Zenit”in futbolçusu Emiliano Riqoni 2-ci,  AEK-in qapıçısı Yannis Anestis isə 3-cü olub.

Qeyd edək ki, Harlem Nyoer qrup mərhələsinin 3-cü turunda “Hapoel”lə oyunda (2:1) dubl edib.