Portuqaliya yarımfinalda

Bu gün "Avro-2016"da 1/4 final mərhələsi start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Açılış matçında Polşa və Portuqaliya milliləri üz-üzə gəlib.

Gərgin keçən mübarizənin sonunda qalib penaltilər seriyasında müəyyənləşib. Burada isə daha dəqiq oynayan Portuqaliya seçməsi adını yarımfinala yazdırıb.

30 iyun 2016
"Avro-2016"
1/4 final

Polşa - Portuqaliya - 1:1
PENALTİLƏR: 3:5
QOLLAR: 
Levandovski, 2 (1:0); Renato Sançes, 33 (1:1)

Polşa: 22. Lukas Fabianski, 2. Mixal Pazdan, 3. Artur Yedrzeyçik, 5. Kristof Maçzinski, 7. Arkadius Milik, 9. Robert Levandovski (k), 10. Qrzeqorz Kriçovyak, 11. Kamil Qrosiçki, 15. Kamil Qlik, 16. Yakub Blaşikovski, 20. Lukas Pişek

Ehtiyat oyunçular: 1. Voyçex Şesnı, 6. Tomas Yodlovyeç, 8. Karol Linetti, 12. Artur Boruç, 13. Marius Stepinski, 14. Yakub Vavrzinyak, 17. Slavomir Peşko, 18. Bartos Salamon, 19. Pyotr Zelinski, 23. Filip Starzinski

Portuqaliya: 1. Rui Patrisio, 3. Pepe, 4. Joze Fonte, 7. Kristiano Ronaldo, 10. Joa Mario 14. Villiam Karvalyo, 16. Renato Sançes, 17. Nani, 19. Eliseu, 21. Sedrik, 23. Adrien Silva

Ehtiyat oyunçular: 12. Antoni Lopes, 22. Eduardo, 2. Bruno Alves, 5. Rafael Gerrero, 6. Rikardo Karvalyo, 8. Joa Moutinyo, 9. Eder, 11. Vierinya, 15. Andre Qomes, 18. Rafa Silva, 20. Rikardo Quaresma,13. Danilo

Baş hakim: Feliks Brix
Yan xətt hakimləri: Mark Borş, Stefan Lupp
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (hamısı Almaniya)
Dördüncü hakim: Milorad Maziç (Serbiya)
Ehtiyat yan xətt hakimi: Milovan Ristiç (Serbiya)
Hakim-inspektor: Pyerluici Kollina (İtaliya)
UEFA nümayəndəsi: Roland Ospelt (Lixtenşteyn)
Marsel. “Velodrom” stadionu