"Avro-2016": Finalın hakimləri müəyyənləşdi
"Avro-2016"nın finalını idarə edəcək hakimlər müəyyənləşib. SportLine.az xəbər verir ki, görüş ingiltərəli Mark Klatenburqa həvalə olunub. Ona həmyerliləri Simon Bek və Ceyk Kollin kömək edəcək. Dördüncü hakim funksiyasını Viktor Kaşşai (Macarıstan) yerinə yetirəcək.
Qeyd edək ki, final oyunu iyulun 10-da "Stad de Frans"da keçiriləcək. Həll edici matçda Portuqaliya və Fransa kubok uğrunda mübarizə aparacaq.