"Avro-2016": Portuqaliya - Uels oyununun hakimləri açıqlandı
"Avro-2016"nın yarımfinal mərhələsi çərçivəsində keçiriləcək Portuqaliya - Uels matçının hakimləri müəyyənləşib. SportLine.az xəbər verir ki, oyun isveçli hakimlər briqadasına həvalə olunub. Görüşdə əsas söz sahibi Yonas Eriksson olacaq.
06 iyul 2016
"Avro-2016"
Yarımfinal
23:00. Portuqaliya - Uels
Baş hakim: Yonas Eriksson
Yan xətt hakimləri: Matias Klasenyus, Daniel Varnmark
Əlavə köməkçi hakimlər: Stefan Yohannesson, Markus Stromberqsson (hamısı İsveç)
Dördüncü hakim: Şimon Marçinyak (Polşa)
Ehtiyat yan xətt hakimi: Pavel Sokolniçki (Polşa)
Hakim-inspektor: Mark Batta (Fransa)
UEFA nümayəndəsi: Martin Sturkenbum (Hollandiya)
Lion. Şəhər stadionu