"Avro-2016"nın ən yaxşı futbolçusu məlum oldu

Avropa çempionatının ən yaxşı futbolçusu açıqlanıb. SportLine.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Fransa millisinin üzvü Antuan Qrizman bu nominasiyada qalib olub. 

Yarışın bombardiri kimi "Qızıl buts"a layiq görülən hücumçu, "Avro-2016"nın ən yaxşı futbolçusu kimi də tarixə düşüb. 

Xatırladaq ki, Qrizmanın şərəfini qoruduğu Fransa seçməsi finalda Portuqaliyaya uduzaraq ikinci olub.