"Avro-2016"nın rəmzi komandası müəyyənləşdi

"Avro-2016"nın rəmzi komandası açıqlanıb. SportLine.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ən yaxşı "11-lik"də Portuqaliya 4 futbolçu ilə təmsil olunub. 

Qapıçı

Rui Patrisio (Portuqaliya)

Müdafiəçilər

Cerom Boatenq (Almaniya), Coşua Kimmix (Almaniya), Pepe (Portuqaliya), Rafael Qerrero (Portuqaliya)

Yarımmüdafiəçilər

Toni Kroos (Almaniya), Co Allen (Uels), Antuan Qrizmann (Fransa), Aaron Remsi (Uels), Dmitri Payet (Fransa)

Hücumçu

Kriştianu Ronaldo (Portuqaliya)