"Avro-2020"nin püşkü Dublində atılacaq

UEFA 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimini İrlandiyanın paytaxtı Dublinə həvalə edib. Sportline.az xəbər verir ki, püşkatma 2018-ci il dekabrın 2-də həyata keçiriləcək. Qeyd edək ki, 2020-ci il Avropa çempionatının oyunları Avropanın 13 şəhərində, o cümlədən, Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionu qrup mərhələsinin 3, 1/4 final mərhələsinin 1 oyununa ev sahibi olacaq.  Yarımfinal və final matçları Londonun "Uembli" stadionda təşkil olunacaq.