AVRO-2024: Almaniya ilk pley-offçudur

Almaniyanın yaşıl meydanlarında Avropa çempionatı davam edir.

Sportline.az xəbər verir ki, artıq yarışın ilk pley-ofçusu məlumdur.

Bu gün qrup mərhələsinin ikinci turunda Macarıstan seçməsinə 2-0 hesabı ilə qalib gələn Almaniya millisi bu tapşırığın öhdəsindən gəlib.

İlk oyunda Şotlandiya kollektivini də məğlubiyyətə uğradan (5-1) Bundestim aktivindəki 6 xalla növbəti mərhələnin qapılarını açıb. 

Qeyd edək ki, almnniyalılar son turda İsveçrə millisi ilə qarşılaşacaqlar.