Avrokuboklarda çıxış edəcək klublarımızın oyunlarının vaxtı dəqiqləşdi

Avrokuboklarda ölkəmizi təmsil edəcək klubların oyunlarının vaxtı dəqiqləşib. SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, mübarizəyə əvvəlcə Avropa Liqasının I təsnifat mərhələsində çıxış edəcək "İnter" və "Zirə" qoşulacaq.

Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyunlar

29 iyun

"Mladost" (Serbiya) - "İnter"
"Zirə" - "Differdanj" (Lüksemburq)

Cavab oyunları

6 iyul

"Differdanj" (Lüksemburq) - "Zirə"
"İnter" - "Mladost" (Serbiya)

II təsnifat mərhələsi, ilk oyunlar

13 iyul

"Zirə" / "Differdanj" (Lüksemburq) - "Astra" (Rumıniya)
"Mladost" (Serbiya) / "İnter" - "Fola Eş" (Lüksemburq) / "Milsami" (Moldova)
"Qəbələ" - "Yaqelloniya" (Polşa) / "Dinamo" (Batumi, Gürcüstan)

Cavab oyunları

20 iyul

"Astra" (Rumıniya) - "Zirə" / "Differdanj" (Lüksemburq)
"Fola Eş" (Lüksemburq) / "Milsami" (Moldova) - "Mladost" (Serbiya) / "İnter"
"Yaqelloniya" (Polşa) / "Dinamo" (Batumi, Gürcüstan) - "Qəbələ"

Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun

11 iyul

Qarabağ (Azərbaycan) - Samtredia (Gürcüstan)

Cavab oyunları

18 iyul

Samtredia (Gürcüstan) - Qarabağ (Azərbaycan)