Avroliqa: “Barselona”dan inamlı qələbə

Basketbol üzrə Avroliqa turnirinin 3-cü turunun son matçında “Barselona” öz meydanında “Monako” ilə qarşılaşıb.

Sportline.az xəbər verir ki, “Barselona” basketbolçuları rəqibini 86:71 hesabı ilə məğlub edib.

Matçın ən məhsuldar basketbolçusu “Barselona”nın oyunçusu Kevin Punter olub. 21 xal 3 ribaund 3 asist.

“Monako” komandasının ən məhsuldar oyunçusu isə Elie Okobo olub. 13 xal 7 asist 1 ribaund.

Qeyd edək ki, “Barselona” klubu turnir cədvəlində 2-ci pillədə yer alır. “Monako” komandası isə 5-cidir.