Avroliqa: “Bavariya” “Paris”i məğlub etdi
Basketbol üzrə Avroliqa turnirində 4-cü tura start verilib.
Sportline.az xəbər verir ki, gecənin ən maraqlı matçı “Bavariya” və “Paris” komandaları arasında olub. Görüş almaniya təmsilçisinin 109:107 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın ən məhsuldar basketbolçusu “Bavariya”nın oyunçusu Karsen Edvard olub. 32 xal 1 ribaund 1 asist.
“Paris”in ən məhsuldar oyunçusu isə Timoti Şourts olub. 22 xal 9 asist 2 ribaund.
Qeyd edək ki, “Bavariya” turnir cədvəlində 12-ci, “Paris” isə 15-ci pillədə qərarlaşır.