Avroliqa: “Fənərbağça” çətin səfərdən qalib ayrıldı, “Barselona” gözlənilməz məğlubiyyətlə üzləşdi
Basketbol üzrə Avroliqada pley-off mərhələsi dünən keçirilən 2 oyunla davam edib.
Sportline.az xəbər verir ki, səfərdə “Monako” ilə qarşılaşan “Fənərbağça” overtayma gədər gedən matçda rəqibini 95-91 hesabı ilə məğlub edib.
Qarşılaşmanın ən məhsuldar oyunçusu 19 xal, 7 ribaund, 1 asistlə “sarı-lacivərtlilər”dən Niqel Hayes olub.
Günün digər oyununda “Barselona” favorit qismində çıxdığı görüşdə “Olimpiakos”a məğlub olub. 77-75.
Bu matçın ən yaxşı basketbolçusu 15 xal, 1 ribaund, 2 asistlə “Olimpiakos”dan Uilliams-Qoss olub.
Qeyd edək ki, bu tərəflər arasında keçirilən seriyanın ilk oyunu idi.