Avroliqa: "İnter", "Zirə" və "Qəbələ" rəqiblərini tanıdı
Bu gün Avropa Liqasında 2017/2018-ci il mövsümünün I və II təsnifat mərhələsinin püşkü atılacaq. SportLine.az xəbər verir ki, UEFA-nın Nyondakı mənzil qərargahında keçiriləcək tədbirdə Azərbaycan təmsilçiləri də rəqiblərini tanıyacaq.
Mübarizəyə ilkin təsnifat mərhləsindən qoşulacaq debütant "Zirə" və "İnter" "səpələnmişlər" səbətində yer alıb. Birinci oyununa II təsnifat mərhələsində çıxacaq "Qəbələ" də güclülərin yer aldığı "səpələnmişlər"dədir.
Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Avropa Liqası
I təsnifat mərhələsi
"Mladost" (Serbiya) - "İnter"
"Zirə" - "Differdanj" (Lüksemburq)
II təsnifat mərhələsi
"Zirə" mərhələni adlayacağı təqdirdə "Astra" (Rumıniya) ilə üz-üzə gələcək. "İnter" isə "Mladost" səddini keçsə, II mərhələdə "Fola Eş" (Lüksemburq) - "Milsami" (Moldova) cütünün qalibi ilə qarşılaşacaq.
Mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq "Qəbələ"nin rəqibi "Yaqelloniya" (Polşa) - "Dinamo" (Batumi, Gürcüstan) duelinin güclüsü olacaq.
Avropa Liqası
I təsnifat mərhələsi
"Səpələnmişlər"
“Makkabi” (Təl-Əviv, İsrail), “Midtyulland” (Danimarka), “Dinamo” (Belarus), “Lex” (Polşa), HİK (Finlandiya), AİK (İsveç), “Voyvodina” (Serbiya), “Videoton” (Macarıstan), AEL (Kipr), “Şaxtyor” (Belarus), “Slovan” (Slovakiya), “Srvena Zvezda” (Serbiya), “Trençin” (Slovakiya), “Skenderbeu” (Albaniya), “Rayndorf” (Avstriya), “Sent Conston” (Şotlandiya), AEK (Kipr), “İnter” (Azərbaycan), “Beytar” (İsrail), “Ventspils” (Latviya), “Odd” (Norveç), “Kayrat” (Qazaxıstan), “Osiyek” (Xorvatiya), “Sarayevo” (Bosniya və Herseqovina), “Reykyavik” (İslandiya), “Norçepinq” (İsveç), “Milsami” (Moldova), “Lyunqbyu” (Danimarka), “Kalyu” (Estoniya), “Jelezniçar” (Bosniya və Herseqovina), “Botev” (Bolqarıstan), “Olimpiya” (Sloveniya), “Valletta” (Malta), “Vaduts” (Lixtenşteyn), “Yagelloniya” (Polşa), “Levski” (Bolqarıstan), MOİK (Bolqarıstan), “Styarnan” (İslandiya), “Hoqesund” (Norveç), “Domjale” (Sloveniya), “Ordabaşı” (Qazaxıstan), “Levadiya” (Estoniya), “Ferensvaroş” (Macarıstan), “Kruzaders” (Şimali İrlandiya), “Rabotniçki” (Makedoniya), “Qlazqo Reyncers” (Şotlandiya), “Şirak” (Ermənistan), “Daçiya” (Moldova), “Mladost” (Monteneqro), “Zirə” (Azərbaycan)
"Səpələnməmişlər"
“İrtış” (Qazaxıstan), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Fola” (Lüksemburq), “Differdanj” (Lüksemburq), “Şkendiya” (Makedoniya), “Nova Qoritsa” (Sloveniya), “Sutyeska” (Monteneqro), “Pünik” (Ermənistan), “Partizani” (Albaniya), “Mladost” (Serbiya), “Şemrok Rovers” (İrlandiya), “Flora” (Estoniya), “Çixura” (Gürcüstan), “Linkoln” (Cəbəllütariq), “Yelqava” (Latviya), SJK (Finlandiya), “Kork Siti” (İrlandiya), “Zeta” (Monteneqro), B-36 (Farer adaları), “Rujomberok” (Slovakiya), “Derri Siti” (İrlandiya), “Liepaya” (Latviya), “Zarya” (Moldova), “Vaasa” (Finlandiya), “Valyur” (İslandiya), “Vaşaş” (Macarıstan), “Atlantas” (Litva), “Suduva” (Litva), “Tirana” (Albaniya), “Qandzasar” (Ermənistan), “Torpedo” (Gürcüstan), “Trakai” (Litva), “Tre Penne” (San-Marino), “Bala Taun” (Uels), “Dinamo” (Batumi, Gürcüstan), “Runavik” (Farer adaları), “Baltsan” (Malta), “Konnak” (Uels), “Banqor” (Uels), “UE Santa Koloma” (Andorra), “Proqres” (Lüksemburq), “Pelister” (Makedoniya), “Folqor” (San Marino), “Floriana” (Malta), “Kolreyn” (Şimali İrlandiya), “Ballimena” (Şimali İrlandiya), “Sent Culiya” (Andorra), “Klaksvik” (Farer adaları), “Sent Cozef” (Cəbəllütariq), “Priştina” (Kosovo)
I təsnifat mərhələsinin 50 cütündən 21-i səpələnmiş, 29-u isə səpələnməmiş olacaq. Premyer Liqanı 3-cü pillədə tamamlayan “İnter” ilk mərhələdə olduğu kimi, turu keçəcəyi halda II təsnifat mərhələsində də "səpələnmişlər"dən olacaq.
II təsnifat mərhələsi
"Səpələnmişlər"
“Qalatasaray” (Türkiyə), “Astra” (Rumıniya), “Hayduk” (Xorvatiya), “Apollon” (Kipr), “Mlada Boleslav” (Çexiya), “Luzern” (İsveçrə), “Brondbü” (Danimarka), “Qəbələ” (Azərbaycan), “Aberdin” (Şotlandiya), “Utrext” (Hollandiya), “Şturm” (Avstriya), “Panionios” (Yunanıstan)
"Səpələnməmişlər"
“Bney Yehuda” (İsrail), “Dinamo” (Brest, Belarus), “Ostersun” (İsveç), “Brann” (Norveç)
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları 29 iyun – 6 iyul, II təsnifat mərhələsinin matçları isə 13-20 iyul tarixləri arasında baş tutacaq.