Avroliqa: “Real Madrid” “Panatinaykos”u məğlub etdi

Bu mövsüm Avroliqada çempionluğu hədəfləyən “Real Madrid” öz meydanında “Panatinaykos”la qarşılaşıb.

Sportline.az xəbər verir ki, İspaniya nəhəngi 90:86 hesabı ilə qələbə qazanıb.

Matçın ən məhsuldar basketbolçusu “Panatinaykos”un oyunçusu Kendrik Nun olub. 23 xal 4 ribaund 6 asist.

“Real Madrid”in ən məhsuldar oyunçusu isə Fakundo Campazzo olub. 19 xal 5 ribaund 6 asist.

Qeyd edək ki, “Real Madrid” turnir cədvəlində 10-cu, “Panatinaykos” isə 8-ci pillədə qərarlaşır.