Avroliqada pley-in oyunlarına start veriləcək

Avroliqada Pley-in oyunları start götürür
Müntəzəm mövsümü başa çatan Avroliqada pley-in oyunları bugün start götürür.

Sportline.az xəbər verir ki, son 8 komanda arasına qalmaq uğrunda mübarizədə “Makkabi Tel Əviv” “Baskoniya” ilə qarşı qarşıya gələcək.
Digər görüşdə ‘’Anadolu Efes” doğma meydanda “Virtus Bolonya”nı sınağa çəkəcək.

Qeyd edək ki, “Makkabi Tel Əviv” – “Baskoniya” oyununun qalibi birbaşa olaraq pley-off mərhələsinə yüksələcək.Bu görüşdə məğlub olan komanda isə “Anadolu Efes” – “Virtus Bolonya” matçının qalibi ilə pley-offlara sonuncu vəsiqə üçün meydançaya çıxacaqlar.