Avropa çempionatı: Azərbaycanın üç para-karateçisi finala yüksəlib

Azərbaycanın üç para-karateçisi Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

Sportline.az xəbər verir ki, gözdən zəif idmançılar kateqoriyasında Nihat Məmmədzadə və Emilia Mitilinova həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Bundan əlavə, Eldar Əhmədov əlil arabası istifadəçiləri arasında finala adlayıb. Fərrux Qaybaliyev isə bürünc medal qarşılaşmasında məğlub olub.

Qeyd edək ki, Avropa çempionatı mayın 29-da başa çatacaq.